Cari ödəniş çərçivəsində istiqraz sahiblərinə ümumilikdə 56 250 ABŞ dolları həcmində faiz gəliri ödənilib.
Beləliklə, bu günədək ümumi kupon gəliri 168 750 ABŞ dolları təşkil edir.
İstiqrazlar üzrə növbəti kupon ödənişinin 11 iyul
2025-ci il tarixində həyata keçirilməsi nəzərdə
tutulur.
“FINCA Azerbaijan” haqqında
Əsası 1999-cu ildə qoyulmuş “FINCA Azerbaijan” məsuliyyətli maliyyələşmə sahəsində aparıcı mövqeyə malikdir və gəlirli biznes fəaliyyətlərini təşviq edən kredit məhsulları ilə ölkədə fəaliyyət göstərən kiçik sahibkarlara ölkə üzrə 26 filial vasitəsilə xidmət göstərir. “FINCA Azerbaijan”, “FINCA Impact Finance” təşkilatına aid olan, 15 bank və mikromaliyyələşmə institutu ilə 5 qitədə 3.4 milyon müştəriyə çatan qlobal şəbəkənin tərkibinə daxildir. “FINCA Azerbaijan” fəaliyyəti haqqında ətraflı məlumat üçün finca.az saytına və ya rəsmi sosial media hesablarına müraciət edə bilərsiniz.