...

BƏƏ-nin “Al-Tayeb” şirkəti Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir (ÖZƏL)

İqtisadiyyat Materials 16 Fevral 2026 12:12 (UTC +04:00)
BƏƏ-nin “Al-Tayeb” şirkəti Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Al-Tayeb" şirkəti Azərbaycanla kənd təsərrüfatı məhsulları üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlıdır.

Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Al-Tayeb" şirkətinin direktoru Riyad Cabbar bu gün Bakıda keçirilən Azərbaycan – BƏƏ qida və kənd təsərrüfatı işgüzar dəyirmi masası çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, hazırda Azərbaycan şirkətləri ilə əməkdaşlıq edirlər:

"Əsasən meyvə, tərəvəz və quş əti məhsullarının tədarükü ilə məşğuluq. Biz Azərbaycan tərəfdən hipermarketimizə daha çox imkan axtarırıq, bəlkə paylama imkanları və supermarket məhsulları mövcuddur. Əsasən meyvə, tərəvəz, ət və quş əti sahəsində imkanlar olduğunu düşünürük".

Daha sonra şirkət rəsmisi təmsil etdiyi korporasiya barədə məlumat verib:

"Biz dünya üzrə güclü bir tədarük ofisinə sahibik, təxminən 25 ölkədə öz tədarük ofislərimiz var, çünki məhsulu birbaşa fermerlərdən və təchizatçılardan alırıq və bütün müştərilərimizə satırıq. Biz güclü bir e-ticarət platformasına sahibik, gündəlik təxminən 300,000 müştəriyə xidmət göstəririk. Həmçinin bölgələrimizdə güclü topdansatış paylama şəbəkəmiz var. GCC (Ərəb Körfəzi) bazarında təxminən 20 paylama məntəqəmiz var və bütün GCC ölkələrində əsasən ət, quş əti, dəniz məhsulları və digər məhsulları paylayırıq.

Bizim öz güclü ət paylama şəbəkəmiz var, məhsulları bütün dünyadan idxal edirik, əsasən Avstraliya, Yeni Zelandiya, bütün GCC ölkələri və Afrika ölkələrindən idxal edirik və paylayırıq. Biz yalnız hipermarketinə deyil, digər supermarketlərə, hipermarketlərə, otellərə və restoranlara da təchizat edirik. Bu o deməkdir ki, biz GCC bazarında ən böyük ət və quş əti paylayıcılarından biriyik.

Eyni zamanda, Abu-Dabidə öz güclü ət emalı müəssisəmiz var, müştəri tələblərinə uyğun dəyər əlavə edilmiş məhsullar istehsal edirik və otellərə, restoranlara və pərakəndə satışa təmin edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti