Azərbaycan, Bakı/ Trend / Qiymətli kağızlar üzrə Dövlət Komitəsi "Royal Bank of Baku" ASC-nin imtiyazlı adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə alıb. Emissiyanın həcmi 296 800 AZN, bir səhmin nominal dəyəri isə, 200 AZN təşkil edir.
Yerləşdirmə açıq yazılış üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək.Səhmlərin yerləşdirilməsində anderraytor vəzifəsində "AzerInterTrade" MMC çıxış edəcək. "Bakı Fond Birjası"nın üzvü olan və broker lisenziyası olanlar səhm əldə etmək üçün təşkilata müraciət edə bilərlər.