Gürcüstan, Tbilisi / Trend , müxbir N.Kirtsxalia/ Parlament əksəriyyətinin keçmiş üzvü və Parlamentin Maliyyə-Büdcə Komitəsinin sədr müavini Vladimir Papava hesab edir ki, Gürcüstan Milli Bankının (MB) prezidentinə qarşı münasibətdə tələbin sərtləşdirilməsi düzgün deyil.
"Hökumətin yeni qaydalarında, əgər ölkədə inflyasiyanın səviyyəsi ikirəqəmli olarsa MB prezidentinin istefaya göndərilməsi təklif olunur, lakin bu cəfəngiyatdır" - deyə Papava jurnalistlərə bildirib.
"İş ondadır kı, MB-nin ölkədə inflyasiyaya təsir vasitəsi yoxdur. Belə ki, inflyasiya hökumətin fəaliyyətinin təzahürüdür, MB isə hökumətin yüksək səviyyədə inflyasiyaya gətirib çıxaran məsrəflərinə nəzarət etmək iqtidarında deyil" - deyə o vurğulayıb.
Papava qeyd edib ki, artıq əldə olunan təcrübəyə görə, inflyasiyanı MB deyil, hökumət yaradır. "Bunu son illər bu qanunauyğunluğun aşkar etdiyi nəticələr də sübut edir" - deyə deputat bildirib.