...

2007-ci ildə Azərbaycanda mənfəətli bankların siyahısı genişlənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2008 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral / Trend , müxbir İ.Xəlilova / 2007-ci ildə mənfəətlə işləyən bankların sayı ötən ilin 30 bankından 40-a artıb,- Azərbaycanın Milli Bankından deyiblər.

Bank sisteminin ümumi mənfəəti 2007-ci il yanvarın 1-nə nisbətən 2,1 dəfə artaraq, 132,77 mln. manat təşkil edib. Bu göstərici 2007-ci il dekabrın 1-nə nisbətən 13,8 faiz enib.

Zərərlə işləyən bankların sayı, 2006-cı ilin yekununa əsasən, 13-dən 2007-ci ildə beşə enib. Onların zərəri 3,65 mln. manat təşkil edir, bu da 2006-cı ilə nisbətən 3,6 dəfə azdır.

Bank fəaliyyətlərinin maliyyə yekunu (vergi ödəməsindən sonra) mln. manatla:

Dövr Mənfəətlə işləyənbankların sayı Bank sisteminin ümumi gəliri (mənfəətli banklar üzrə) Zərərlə işləyən bankların sayı Bank sisteminin ümumi zərəri (zərərlə işləyən banklar üzrə) Bankların əldə etdiyi ümumi gəlir (+) və zərər (-)
01-01-2004 33 20,53 11 1,93 18,6
01-01-2005 28 38,91 14 7,87 31,03
01-01-2006 36 45,01 6 2,35 42,66
01-01-2007 30 62,08 13 13,0 49,08
01-01-2008 40 132,77 5 3,65 129,12
Xəbər lenti

Xəbər lenti