...

Azərbaycanda Doing Business-2009 hesabatının təqdimatı keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Sentyabr 2008 15:00 (UTC +04:00)
Azərbaycanda Doing Business-2009 hesabatının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 12 sentyabr / Trend / Azərbaycanda Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının birgə hesabatı Doing Business-2009-un təqdimatı keçirilib.

Əsas müzakirə mövzuları Azərbaycanda bu il aparılmış islahatlar və 2007-2008-də aparılmış tənzimləyici islahatların ölkənin biznesinə təsiri olub.

Azərbaycan dünyada sahibkarlıq fəaliyyətinin dövlət tərfindən tənzimlənməsi sisteminin islahatı sahəsində liderdir və sahibkarlıq fəaliyətinin həyata keçirilməsi üçün yaradılmış əlverişli şərait dərəcəsi üzrə ümumdünya reytinqində 97-ci yerdən 33-cü yerə qalxıb.

Təqdimatda məruzə ilə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev, Beynəlxalq Maliyyə Korporasiyasının regional direktoru Şahbaz Məvəddət, ədliyyə naziri Fikrət Məmmədov, vergilər naziri Fazil Məmmədov, Azərbaycan Milli Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov, Daşınmaz Əmlakın Qeydiyyatı üzrə Dövlət Xidmətinin rəhbəri Arif Qaraşov, parlamentin İqtisadi siyasət üzrə komissiyasının sədri Ziyad Səmədzadə, Milli Sahibkarlar Konfederasiyasının rəhbəri Ələkbər Məmmədov çıxış ediblər.

Doing Business-2009 biznes fəaliyyətin yaxşılaşdırılması və qanunvericilikdə bu fəaliyyətə mane olan qüsurların aşkarlanması üzrə illik hesabatda sayca altıncıdır. Biznes fəaliyyətə 10 mərhələ daxildir: iş fəaliyyətinə başlama, tikintiyə icazənin alınması, işə qəbul, mülkiyyətin qeydiyyata alınması, kreditlərin alınması, vergilərin ödənilməsi, sərhədyanı ticarət, müqavilənin yerinə yetirilməsi və biznes fəaliyyətin dayandırılması.

Fəaliyyətə dair təqdim edilən məlumat 2008-ci il iyunun 1-nə olan vəziyyəti əks etdirir.

Xəbər lenti

Xəbər lenti