...

Milli valyutanın devalvasiya məsələsi Azərbaycan Milli Bankının gündəliyinə daxil deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2009 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir N.İsmayılova /

"Azərbaycan Milli Bankı (AMB) milli valyutanın devalvasiyasına yol vermək niyyətində deyil", - cümə günü,AMB İdarə heyətinin sədri Elman Rüstəmov Yeni Azərbaycan Partiyasının mənzil-qərargahındakı mətbuat konfransında deyib.

"AMB öz milli valyutasını müdafiə etmək fikrindədir və bu gün biz bu məsələni çox ciddi şəkildə nəzərdən keçiririk. Ancaq onu deyə bilərəm ki, manatın devalvasiya məsələsi Milli Bankın gündəliyinə daxil deyil", - Rüstəmov deyib.

Onun sözlərinə görə, bu gün manatın devalvasiyasını tələb edən çoxlu faktorlar var və AMB milli valyutanın məzənnəsinin möhkəmliyini saxlamaq niyyətindədir.

"Tədqiqatların nəticələri onu göstərir ki, manatın məzənnəsinin sabit saxlanılmasına yönəldilmiş bütün faktorlar yüksək əhəmiyyətə malikdir", - Milli Bankın rəhbəri deyib. 

Onun sözlərinə görə, AMB-nin yetərincə strateji valyuta ehtiyatı var ki, bu da dövriyyədə olan manat həcmini 2,2 dəfə örtür. Yanvar-fevralda Milli Bank 300 milyon dollar həcmində valyuta satıb.

"Bildiyimiz kimi, qonşu ölkələrdə nəzərəçarpan devalvasiya baş verib və bu, Azərbaycana ciddi mənəvi təsir göstərib. Azərbaycan valyutasının ilin əvvəlindən dollara nəzərən cəmi 0,5 faiz düşməsinə, avroya nəzərən isə 9 faiz artmasına baxmayaraq, mən düşünürəm ki, bu həm əhali, həm də korporativ sektora mənəvi təsir edib", - Rüstəmov bildirib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti