...

AZPROMO bu il 40-dan çox tədbir keçirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2009 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir N.İsmayılova /

"İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycan İxracın və İnvestisiyanın Təşviqi Fondu (AZPROMO) bu il 40-dan çox tədbir keçirmək niyyətindədir", - çərşənbə axşamı AZPROMO-nun prezidenti Rəhim Hüseynov deyib.

"Biz bu il 40-dan çox tədbir keçirməyi planlaşdırırıq. Onlara biznes-forumlar, treninqlər və seminarlar da daxildir", - Hüseynov bildirib. - Tədbirlərin yekun siyahısı fondun himayəçilərinin toplantısında təsdiq olunacaq".

Onun sözlərinə görə, fondun illik yekun toplantısı aprelin sonunda baş tutacaq. Tədbirlərin maliyyələşdirilməsi planı məsələsi də toplantıda həll olunacaq.

"Son iki ildə fond üçün vəsaitlər dövlət büdcəsindən ayrılıb, ona görə də himayəçilər şurasının bu il üçün üzvlük haqqları ilə bağlı hansı qərarı verəcəyini proqnozlaşdırmaq çətindir", - Hüseynov deyib.

AZPROMO başçısının sözlərinə görə, hökumət və himayəçilər fonda lazımi dəstəyi verir və fond heç bir maliyyə problemi yaşamır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti