...

Beynəlxalq Sığorta Şirkəti "Planet Parni iz Baku"nun solo konsertinə sponsorluq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2009 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel / Trend /

"Bu ilin aprel ayının 1,3 və 4 aprel tarixlərində Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) sponsorluğu ilə Heydər Əliyev adına sarayda KVN "Planet Parni iz Baku" teatrının "Qaydasız gülüş" adlı solo konserti keçirilib", - şirkətin çərşənbə günü yayılmış məlumatında deyilir. 

Həmin tarixlərdə BSŞ tərəfindən Heydər Əliyev adına sarayın vestibülündə konsertə gələn tamaşaçılara əmlak sığortası üzrə ev formasında və avtomobil sığortası üzrə avtomobil formasında zərflərdə flayerlər, hədiyyələr və 20 faizə qədər endirim kuponları paylanılması ilə promoaksiya keçirilib.

Bu aksiya zamanı BSŞ-nin avtomobil və əmlak üzrə yeni sığorta tarifləri təqdim olunub.

BSŞ-nin üstünlüklərinə təkcə keyfiyyətli xidmət və geniş xidmətlər spektri deyil, həm də çevik qiymət siyasəti aiddir. Bununla yanaşı, şirkət öz bazar payını genişləndirmək üçün müntəzəm olaraq müştərilərə yeni sığorta məhsulları və xidmətlər təklif edir.

Xəbər lenti

Xəbər lenti