...

Azərbaycanda əqli mülkiyyət hüquqlarının müdafiəsi üçün dördillik Dövlət Proqramı hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2009 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir Ü.İsmayılova / 

Azərbaycanda Müəllif Hüquqları Agentliyi 2009-2012-ci illər üçün nəzərdə tutulan əqli mülkiyyət hüquqlarının müdafiəsi üzrə dördillik Dövlət Proqramı hazırlayıb və hökumətə təqdim edib. Bu barədə çərşənbə günü agentlik rəhbəri Kamran İmanov beynəlxalq müəllif hüquqları gününə həsr olunmuş seminar zamanı bildirib.

"Biz onun yaxın vaxtlarda təsdiq olunacağına ümid edirik", - İmanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan əqli mülkiyyət hüquqlarının müdafiəsi üzrə tədbirləri təkcə ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olma çərçivəsində həyata keçirmir, çünki artıq bu təşkilatın üzvü olan bir çox ölkələr əvvəllər piratçılığın yüksək olduğu ölkələr sırasına daxil ediliblər.

"Lakin Azərbaycan bu siyahıya salınmayıb, bütün bu addımlar əqli mülkiyyət hüquqlarının inkişafı və bu istiqamətdə inkişaf etmiş ölkələrin standartlarına uyğunlaşmaq üçün əhəmiyyətlidir", - deyə İmanov vurğulayıb.

Məqalə miüəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti