...

"Azerfon" abunəçilərə Mingəçevir şəhərində açılmış yeni Nar Mobile Mərkəzini təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2009 18:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend /

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" (Nar Mobile ticarət nişanlı) Mingəçevir şəhərində Nigar Rəfibəyli küçəsi, 11 ünvanında yerləşən yeni Nar Mobile Mərkəzinin açılışını elan edib. Bu barədə şirkətin məlumatında bildirilir.

Yeni açılan Nar Mobile Mərkəzində abunəçilər nömrə almaq və şəbəkəyə qoşulmaqla yanaşı, tarif planları haqqında məlumatlana və operatorun təqdim etdiyi xidmətlərin geniş çeşidi ilə tanış ola bilərlər.

Hazırda respublika ərazisində 600-dən artıq diler-distribütor satış nöqtəsi fəaliyyət göstərməkdədir.

15 Nar Mobile Mərkəzi Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Şəki, Sumqayıt, Şirvan, Xaçmaz və Mingəçevir şəhərlərində xidmət göstərir.

"Azerfon" MMC mobil rabitə xidmətləri göstərmək üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən 2005-ci ilin dekabrında lisenziya alıb. Şirkət öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlayıb. Nar Mobile şəbəkəsi Azərbaycanın 80 faiz regionunu əhatə edir. Hazırda MMC abunəçilərinin sayı bir mln. nəfərdən çoxdur.

Xəbər lenti

Xəbər lenti