...

Azərbaycanda icbari sertifikatlaşdırılmış məhsulların siyahısı elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyun 2009 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məhsulların istehsalı, ixracı və satışı ilə məşğul olan sahibkarların maarifləndirilməsi məqsədi ilə icbari sertifikatlaşdırılmış məhsulların siyahısını elan edib. Bazar ertəsi komitədən bildiriblər.

Siyahı Azərbaycan Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

İcbari sertifikatlaşdırılmış siyahıya 18 adda məhsul daxildir: ət və ət məhsulları, süd və süd məmulatları, balıq və balıq məhsulları, toyuq əti və yumurtası, buğda, un, çörək, makaron məmulatları, kofe, çay, ədviyyat, meyvə, tərəvəz, heyvan və bitki yağları, marqarin, şəkər, qənnadı məmulatlar, pivə, qeyri-alkoqol içkilər, xörək duzu, tütün və tütün məmulatları, konyak, şampan, uşaq qidası üçün konservlər və süd tozları.

Sertifikatlaşdırılmış qeyri-ərzaq məhsullarının siyahısına 105 ad daxildir. Onların sırasında uşaq arabası, çarpayı, oyuncaqlar, uşaq üçün əmziklər, uşaq geyimi (alt və üst), uşaq ayaqqabısı, yuyucu vasitələr, elektrik telefon vasitələri, maqnitofon və digər audio aparatlar, qaz və elektrik lampaları, audio-video texnika, məişət kondisionerləri, yol-tikinti texnikası, pəncərə və avtomobillər üçün şüşə, dəri məmulatları, ayaqqabı, mebel, trikotaj məhsulları və s. Siyahıya əlvan və qara metal, neft məhsulları, təbii və maye qaz daxildir.

İcbari sertifikatlaşdırılmaş məhsulların siyahısına, həmçinin yanğın təhlükəsizliyi üzrə 9 ad, telekommunikasiya şəbəkəsində istifadə olunan telekommunikasiya vasitələri və qurğuları üzrə 5 ad daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti