...

Çin sərmayə mübadiləsi sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2009 17:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir Ü.İsmayılova /

Çərşənbə axşamı Bakıda Azərbaycan Sahibkarlarının Milli Konfederasiyasının (ASMK) və Çinin Ümumçin Sənayeçilər və Ticarət Federasiyasının təşkilatçılığı ilə Azərbaycan-Çin biznes forumu keçirilib.

Forumda tikinti, mebel istehsalı, neft-kimya, elektrotexnika, səhiyyə və müxtəlif sahələrdən 30 Azərbaycan və 20 Çin sahibkarı iştirak edib.

"Forumun keçirilməsində əsas məqsəd Azərbaycan və Çin arasında mövcud olan binzes münasibətlərinin genişləndirilməsi, həmçinin yenilərinin yaradılmasıdır", - forumun gedişində ASMK prezidentinin vəzifələrini icra edən Etibar Əliyev deyib.

Onun sözlərinə görə, 2008-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 2007-ci ilə nisbətən üç dəfədən çox artaraq 977 milyon dollara çatıb və bu rəqəmlərin artırılmasına real imkanlar var.

"Azərbaycan iqtisadiyyatı bir çox mütəxəssislərin qiymətləndirmələrinə görə, postsovet məkanı ölkələri arasında sərmayələrin səmərəli istifadə olunması üzrə birinci yeri tutur", - forumun gedişində Ümumçin federasiyasının nümayəndəsi Süan Çjeçu deyib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının fəal inkişafını nəzərə alaraq, çinli sahibkarlar sərmayə mübadiləsi sahəsində Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-aprel aylarında Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 104,21 milyon dollar təşkil edib. O cümlədən Azərbaycandan Çinə ixrac 1,13 milyon dollar olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti