...

Bakıda istifadə edilmiş maşın və avadanlıqların beynəlxalq sərgisi keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2009 16:14 (UTC +04:00)
Bakıda Xəzəryanı və Qafqaz regionda istifadə edilmiş maşın və avadanlıqların ikinci beynəlxalq sərgisi "Re-Invsest Caspian" açılıb.
Bakıda istifadə edilmiş maşın və avadanlıqların beynəlxalq sərgisi keçirilir

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir A.Bədəlova /

Bakıda Xəzəryanı və Qafqaz regionda istifadə edilmiş maşın və avadanlıqların ikinci beynəlxalq sərgisi "Re-Invsest Caspian" açılıb.

Sərgidə yeddi ölkədən 20-dən çox iştirakçı yer alır.

Alman icmasının özəl sektorunun inkişafına texniki yardım proqramının (GTZ) rəhbəri, sərginin təşkilatçılarından biri olan Mixael Herlixin sözlərinə əsasən, Azərbaycana gələn bu sayda iştirakçı ölkəyə, xüsusilə Xəzər regionuna marağın artmasını göstərir.

Sərgidə qida məhsullarının emalı və qablaşdırılması, ağac emalı və mebel sənayesi, plastik materialların emalı və təkrar emal, telekommunikasiya, tikinti avadanlıqları, yük maşınları nümayiş etdirilib.

Herlixin sözlərinə əsasən, nümayiş etdirilən maşınların və avadanlıqların istismar müddəti 1-5 il arasında dəyişir. Onun sözlərinə əsasən, istifadə olunmuş maşın və avadanlıqların qiymətləri yenilərlə müqayisədə 50-60 faiz ucuzdur.

Herlixin qeyd etdiyi kimi, Re-Invsest Caspian sərgisi Azərbaycanda və ümumilikdə regionda münasibətlərin qurulmasında vasitəçi rolunu oynayacaq.

Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin sözlərinə əsasən, hazırda təşkilatçılarla Azərbaycan sahibkarlarının bu il Almaniyada keçiriləcək iki sərgidə iştirakı ilə bağlı müzakirələr aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti