...

Azərbaycanın Gəncə-Qazax iqtisadi rayonunun sahibkarlarına 57 güzəştli kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2010 14:43 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatlarının vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda işləyən sahibkarlara ümumi məbləği 800 min manat olan 57 güzəştli kredit ayırıb. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.
Azərbaycanın Gəncə-Qazax iqtisadi rayonunun sahibkarlarına 57 güzəştli kredit ayrılıb

Azərbaycan, Bakı, 24 fevral / Trend /

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatlarının vasitəsilə Gəncə-Qazax iqtisadi rayonunda işləyən sahibkarlara ümumi məbləği 800 min manat olan 57 güzəştli kredit ayırıb. Bu barədə nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.

Şəmkir, Samux, Göygöl, Qazax, Tovuz, Ağstafa, Bərdə, Ağdam, Ağcabədi və Beyləqan rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında kreditin bölünməsi "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" çərçivəsində aparılıb. Tədbir Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 400-ə yaxın sahibkarın iştirakı ilə keçirilib.

Bu kreditlər hesabına 110-dan çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Tədbir iştirakçıları həmçinin Şəmkir rayonunda Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış faraş tərəvəz məhsullarının istehsalı ilə məşğul olan "AZAQRO" MMC-nin fəaliyyəti və "MEQAS" MMC-nin inşa etdirdiyi müasir soyuducu anbar kompleksində aparılan tikinti işləri ilə tanış olublar.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kredit verilişi səlahiyyətli banklar və ümumi sayı 36 ədəd təşkil edən qeyri-bank təşkilatları vasitəsilə həyata keçirilir. 2009-cu ildə SKMF səlahiyyətli kredit təşkilatları vasitəsilə ümumi məbləği 30 milyon manat lmaqla 2100-dən çox kredit verib. Bununla da ötən il SKMF hesabına güzəştli kredit alan sahibkarların sayı 2008-ci illə müqaisədə 2,6 dəfə artıb, kreditlərin həcmi isə 48 faiz artıb.

Fond 2010-cu ildə minimum 115 milyon manat həcmində güzəştli kredit ayırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti