...

Əhməd Məhəmməd Əli yenidən İslam İnkişaf Bankının prezidenti seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2010 19:10 (UTC +04:00)
Çərşənbə günü Bakıda İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurasının 35-ci illik toplantısı çərçivəsində banka üzv olan ölkələr arasında bu təşkilatın yeni prezidentinin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Əhməd Məhəmməd Əli yenidən İslam İnkişaf Bankının prezidenti seçilib

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir İ.Xəlilova/

Çərşənbə günü Bakıda İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurasının 35-ci illik toplantısı çərçivəsində banka üzv olan ölkələr arasında bu təşkilatın yeni prezidentinin seçilməsi ilə bağlı səsvermə keçirilib. Əhməd Məhəmməd Əli yekdilliklə növbəti beş ilə yenidən İslam İnkişaf Bankının prezidenti seçilib.

İİB-in Direktorlar Şurasının 35-ci illik toplantısı 23-24-iyunda banka üzv olan 56 ölkənin maliyyə, iqtisadiyyat və planlaşdırma nazirlərinin iştirakı ilə keçirilir.

İİB 1975-ci iildə təsis edilib. Bankın kapitalı təsis edildiyi gündən 15 dəfə, yəni 2 milyard İslam dinarından (İslam dinarı İİB-nin hesabının pul vahididir və Beynəlxalq Valyuta Fondunun bir xüsusi ekvivalentinə uyğundur) 30 milyard İslam dinarınadək artıb.

Xəbər lenti

Xəbər lenti