Azərbaycan, Bakı, 23 dekabr /Trend/
Bayram günlərində sərnişin sıxlığını qismən də olsa aradan qaldırmaq üçün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı-Tbilisi-Bakı marşrutu (752/-751 saylı) üzrə turist qatarını istismara verəcək. Bu barədə Trend-ə QSC-nin cümə axşamı verdiyi məlumatda deyilir.
Qatar 29 dekabr 2010-cu ildə yerli vaxtla saat 19:20-də Bakıdan Tbilisiyə, 3 yanvar 2011-ci ildə saat 22:20-də isə əks istiqamətdə yola düşəcək.
Bayram günləri ilə əlaqədar QSC gücləndirilmiş iş rejimində işləyir. Sərnişin axının artması ilə əlaqədar daxili reyslərdə fəaliyyət göstərən bütün qatralara zərurət yarandığı halda, əlavə vaqonlar qoşulacaq.