...

İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta Azərbaycan iqtisadiyyatının keçid dövrünün ən vacib qanunudur - deputat

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2010 12:19 (UTC +04:00)
Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar əmək qabiliyyətinin itirilməsinin icbari sığortasının təsdiqi ölkə iqtisadiyyatının keçid dövrünün ən vacib qanunudur. Parlamentin Sosial siyasət komitəsinin rəhbəri, deputat Hadı Rəcəbli hesab edir.
İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta Azərbaycan iqtisadiyyatının keçid dövrünün ən vacib qanunudur - deputat

Azərbaycan, Bakı, 25 dekabr/ Trend, müxbir Ü.İsmayılova /

Azərbaycanda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri ilə əlaqədar əmək qabiliyyətinin itirilməsinin icbari sığortasının təsdiqi ölkə iqtisadiyyatının keçid dövrünün ən vacib qanunudur. Parlamentin Sosial siyasət komitəsinin rəhbəri, deputat Hadı Rəcəbli hesab edir.

"Ölkə iqtisadiyyatının, özəl sektorun, iqtisadiyyatın liberallaşdırılmasının aktiv inkişafı dövründə işəgötürənlər muzdla çoxlu sayda işçilər tutmağa başladılar, lakin effektiv əmək şəraiti yaratmadılar", - Rəcəbli bildirib.

Onun sözlərinə görə, bu səbəbdən istehsalatda daim bədbəxt hadisələr baş veriridi, işəgötürənlər isə dəymiş ziyana görə kompensasiya ödəmirdilər.

"İndiyədək belə işəgötürənlərin cəzalandırılması, onların məsuliyyətinin artırılması üçün hüquqi baza mövcud deyildi", - Rəcəbli deyib.

2010-cu ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunu təsdiq edib.

Ümumdünya Əmək Təşkilatının məlumatına görə, hər il dünyada istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində 2,3 milyon insan həlak olur, bu rəqəmdən üç dəfə çox şəxs isə müxtəlif növ zədələr alır.

2007-ci ildə Azərbaycanda 259 bədbəxt hadisəyə, 128 ölüm faktına, 202 müxtəlif növ zədəalma halına təsadüf edilib. 2008-ci ildə 255 bədbəxt hadisə, 79 ölüm faktı və 212 zədəalma faktı, 2009-cu ildə 250 bədbəxt hadisə, 69 ölüm hadisəsi və 218 zədəalma faktı qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti