Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbirlər N.İsmayılova, E.İsmayılov/
Bu gün səhər "Domodedovo" aeroportundan uçmalı olan S7 aviaşirkətinin ("Sibir" aviaşirkətinin ticarət markası) Moskva-Bakı reysi təxirə salınıb və çərşənbə axşamı yerli vaxtla saat 16:35-də başqa reyslə birlikdə həyata keçiriləcək. Bu barədə bazar ertəsi Heydər Əliyev Bakı beynəlxalq aeroportundan bildiriblər.
Aeroportdan deyilənə görə, bu gün səhər Bakıdan "Şeremetyevo" aeroportuna uçmalı olan S7 aviaşirkətinin Bakı-Moskva reysi də ertələnib. Təyyarə Bakıdan bu gecədən tez uça bilməyəcək.
Dünən Moskvada və Moskva vilayətində buz yağışı yağıb: atmosfer qatlarında müsbət temperaturla yaranan damlalar yerə çatanda dərhal donub.
"Domodedovo" aeroportunun da işi dayandırılıb. Elektrik enerjisinin kəsildiyi andan hava limanından orta hesabla 70 reys uça bilməyib.