...

"Atabank" xidmət şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2011 13:53 (UTC +04:00)
Xidmət regional şəbəkəsinin genişlənməsi və "Retail" inkişaf proqramının daha effektiv həyata keçirilməsi, həmçinin bank xidmətində Naftalan sakinləri və burada yerləşən "Çinar" sanatoriyasına gələn müştərilərin tələblərinin təmin olunması məqsədilə bu günlərdə "Atabank"ın yeni şöbəsinin ("Çinar") açılışı gözlənilir.
"Atabank" xidmət şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 31 yanvar /Trend/

Xidmət regional şəbəkəsinin genişlənməsi və "Retail" inkişaf proqramının daha effektiv həyata keçirilməsi, həmçinin bank xidmətində Naftalan sakinləri və burada yerləşən "Çinar" sanatoriyasına gələn müştərilərin tələblərinin təmin olunması məqsədilə bu günlərdə "Atabank"ın yeni şöbəsinin ("Çinar") açılışı gözlənilir. Bu barədə bazar ertəsi bankdan məlumat verilib.

Bankın digər şöbə və filialları kimi, "Çinar" şöbəsi də fiziki və korporaitv müştərilərə geniş çeşiddə xidmətlər, o cümlədən kassa hesab xidmətləri, əmanətlərin qəbulu, plastik kartların təsdiqi, tez pul köçürmələri, kommunal xidmət ödəmələri və digər bank xidmətləri göstərəcək.

Yeni şöbə Naftalan şəhəri Şirvan prospektində yerləşən "Çinar" sanatoriyası binasının birinci mərtəbəsində yerləşir.

Bu, artıq bankın 21-ci xidmət şöbəsidir. Bankın filial və şöbələri respublikanın on böyük şəhər və rayonunda yerləşir.

"Atabank" 1993-cü ildə yaradılıb və Azərbaycanın böyük ticari banklarından biridir.

Xəbər lenti

Xəbər lenti