...

Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən sığorta üzrə yığımların ən yüksək həcmini 2012-ci ildə gözləmək olar

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2011 16:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir Ü.İsmayılova/

2011-ci ilin yekunları üzrə Azərbaycanın sığorta bazarında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın tətbiqi ilə əlaqədar yığımların ümumi həcmi 200 milyon manatı ötəcək. Bu göstərici 2010-cu ilin yekunları üzrə 155 milyon manat olub. "Azərqarant" sığorta şirkətinin idarə heyətinin sədr müavini Şükür Hüseynov belə düşünür.

"Həyat sığortası şirkətləri ("Atəşgah Həyat" və "Qala Həyat") yanvarda sığortanın bu növü üzrə 274,930 min manatlıq sığorta haqqı yığıblar. Lakin bu, böyük məbləğ deyil, belə ki, burada söhbət milyonlardan getməlidir", - Hüseynov hesab edir.

Onun sözlərinə görə, bu həcmdə vəsaitlərin cəlb edilməsi onunla əlaqədar ola bilər ki, şirkətlərin çoxu hələ də öz əməkdaşlarını sığortalamayıblar və bu prosesdə müəyyən yubanmalar var.

"Lakin istənilən halda, sığorta bazarının artımı qaçılmazdır və bu, birmənalıdır, çünki qanunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati tədbirlər görüləcək, - Hüseynov düşünür. - Bununla əlaqədar Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi öz fəaliyyətini fəallaşdırıb, lakin bu, məhsulun fəal təbliği ilə paralel şəkildə aparılır".

Dünya bazarında həyata sığortası bazarı bazarın ümumi həcminin 60-70 faizini formalaşdırır, halbuki Azərbaycanda bu portfel heç bir faizi belə ötmür. Bu yığımlar üç ixtisaslaşmış şirkət tərəfindən təmin edilir, lakin gələcəkdə belə şirkətlərin sayının artacağı gözlənilir. Bu isə sığorta haqlarının həcminin artacağına səbəb olacaq.

"Güman edirəm ki, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə yığımlar məhsulun tətbiqinin ilk iki ili ərzində yüksək səviyyədə oalcaq. Lakin sığorta xidmətlərinin bu növü üzrə ciddi daxilolmaları 2012-ci ildə gözləmək olar", - Hüseynov bildirib.

Hazırda Azərbaycanın sığorta bazarında üç həyat sığortası şirkəti - "Atəşgah Həyat", "Qala Həyat" və "PAŞA Həyat" [sığorta fəaliyyətinə lisenziyanı 14 fevral 2011-ci il tarixdə alıb] fəaliyyət göstərir.

Yanvarda Azərbaycanın bütün sığorta şirkətlərinin həyata sığortası üzrə sığorta haqlarının ümumi həcmi 3,46 min manat ödənişlə (0,09 faiz) 125,326 min manat (yığımların ümumi həcminin 0,7 faizi) təşkil edib. Yanvarda ölkədə fəaliyyət göstərən bütün şirkətlərin sığorta haqlarının ümumi həcmi 17,939 milyon manat təşkil edib. Hesabat dövründə ödənişlər 3,522 milyon manat məbləğində həyata keçirilib.

Martın 1-nə olan rəsmi məzənnə 0,7939 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti