...

"Azərbaycan Hava Yolları" QSC Avropaya iki birbaşa aviareys açır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2011 12:15 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC Bakı-Amsterdam-Bakı və Bakı-Aberdin-Bakı marşrutları üzrə birbaşa aviareyslər açır. Bu barədə çərşənbə axşamı QSC-dən bildiriblər.
"Azərbaycan Hava Yolları" QSC Avropaya iki birbaşa aviareys açır

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC Bakı-Amsterdam-Bakı və Bakı-Aberdin-Bakı marşrutları üzrə birbaşa aviareyslər açır. Bu barədə çərşənbə axşamı QSC-dən bildiriblər.

Məlumata görə, Bakı-Amsterdam-Bakı marşruru üzrə aviareys mayın 24-də açılacaq. Reyslər çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək. Təyyarə Bakıdan yerli vaxtla saat 08:50-də uçacaq.

Uçuşun gediş-gəliş dəyəri 456 manat təşkil edir.

QSC-dən bildiriblər ki, mayın 22-dən Bakı-Aberdin-Bakı marşrutu açılır. Aviareys çərşənbə və bazar günləri həyata keçiriləcək. Təyyarə Bakıdan yerli vaxtla saat 07:40-da uçacaq.

Uçuşun gediş-gəliş dəyəri 651 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti