...

Azərbaycanda "İcbari sığortalar haqqında" qanun qüvvəyə minib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Sentyabr 2011 11:48 (UTC +04:00)
Prezident İlham Əliyev tərəfindən 2011-ci il iyunun 24-də təsdiqlənən qanunun mətni şənbə günü rəsmi mətbuatda dərc olunub.
Azərbaycanda "İcbari sığortalar haqqında" qanun qüvvəyə minib

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda "İcbari sığortalar haqqında" qanun
qüvvəyə minib.

Prezident İlham Əliyev tərəfindən 2011-ci il iyunun 24-də təsdiqlənən qanunun mətni şənbə günü rəsmi mətbuatda dərc olunub.

Yeni qanun layihəsi icbari sığortanın dörd növünü - daşınmaz əmlakın, avtonəqliyyat vasitələri sahiblərinin məsuliyyətinin, sərnişinlərin və daşınmaz əmlakın istismarı zamanı vətəndaş məsuliyyətinin sığortalanmasını tənzimləyir.

Ümumilkdə ölkədə icbari sığortanın 9 növü fəaliyyət göstərir.

Dövlət başçısının bu qanunun tətbiqi barədə sentyabrın 15-də imzaladığı fərmana əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi iki ay müddətində İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçılar tərəfindən ödənilməli olan iştirak haqqının məbləğini, daşınmaz əmlakın icbari sığortası üzrə sığorta tariflərinin müəyyənləşdirilməsi qaydasını, eləcə də dövlət başçısının fərmanından irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti