...

Bakının mərkəzinin ətraflı planı təsdiq üçün yanvarda təqdim ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2012 09:43 (UTC +04:00)
Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin mərkəzi hissəsinin ətraflı planı layihəsini təsdiq edilməsi üçün hazırlayıb. Bu barədə cümə axşamı Trend-ə Dövlət Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.
Bakının mərkəzinin ətraflı planı təsdiq üçün yanvarda təqdim ediləcək

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərinin mərkəzi hissəsinin ətraflı planı layihəsini təsdiq edilməsi üçün hazırlayıb. Bu barədə cümə axşamı Trend-ə Dövlət Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, layihə təsdiq edilməsi üçün paytaxtın İcra Hakimiyyətinə artıq yanvarda təqdim ediləcək.

"Layihə üzərində iş artıq başa çatıb və bir sıra təşkilatlarla razılaşdırılıb. Həmçinin, təsdiq edilməsi üçün şəhər İcra Hakimiyyətinə təqdim etmək məqsədilə sənədlər paketi hazırlanıb. Digər strukturlarla razılaşdırılma zamanı bir sıra mülahizələr səsləndirilib ki, onlar da son çertyojlarda nəzərdə tutulur", - o bildirib.

Paytaxtın ətraflı planı 2030-cu ilə qədər dövrü əhatə edir.

Dövlətxanovun sözlərinə görə, mövcud plan üfüqi xətt üzrə "Amay" ticarət mərkəzindən Dövlət Bayrağı Meydanına qədər, şaquli xətt üzrə isə Dənizkənarı Parkdan Bakıxanov küçəsinə qədər olan təxminən 1500 hektar ərazini əhatə edir.

Xəbər lenti

Xəbər lenti