...

Azərbaycanın gömrük sistemi dünya iqtisadiyyatının çağırışlarına hazırdır – DGK rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2012 12:41 (UTC +04:00)
Azərbaycanın gömrük sistemi dünya iqtisadiyyatının çağırışlarına hazırdır.
Azərbaycanın gömrük sistemi dünya iqtisadiyyatının çağırışlarına hazırdır – DGK rəhbəri

Azərbaycan, Bakı, 27 yanvar / Trend müxbir A.Axundov/

Azərbaycanın gömrük sistemi dünya iqtisadiyyatının çağırışlarına hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

"Ümumdünya Gömrük Təşkilatı (ÜGT) hələ bir neçə il əvvəl gömrük işi üzrə çərçivə standartları tətbiq edib ki, həmin standartlar yaxın gələcəkdə baş verə biləcək böhran proseslərini də nəzərə alır", - Əliyev deyib.

Onun sözlərinə görə, bu şəraitdə gömrüyün əsas vəzifəsi, o cümlədən iqtisadi təhlükəsizliyi təmin etməkdir.

"Bizim vəzifəmiz bu halda xarici ticarət əməliyyatlarında əlavə maneələr yaratmadan təkmilləşdirmə və öz işinin sadələşdirilməsi yolu ilə təhlükəsizliyi təmin etməkdən ibarətdir", - Əliyev bildirib.

Cümə günü Bakıda "Qloballaşma şəraitində iqtisadi təhlükəsizliyin təminatında gömrük nizamlamasının rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir. Konfransın işində 18 ölkənin gömrük orqanlarının nümayəndələri və bir sıra beynəlxalq təşkilatların mütəxəssisləri iştirak edirlər.

Konfransda çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, Azərbaycan müstəqilliyinin 20 ili ərzində öz iqtisadi təhlükəsizliyini təmin edən ölkələrin siyahısında yer tuta bilib ki, bu da son illərdə ÜDM-da dinamik artımın olduğunu göstərir.

"Azərbaycan gömrüyünün fəaliyyəti iqtisadi təhlükəsizliyin təminatında öz rolunu oynayıb. Ölkədə bütün beynəlxalq standartlara cavab verən gömrük sistemi yaradılıb", - Səmədzadə deyib.

Onun sözlərinə görə, DGK son illər dinamik artım nümayiş etdirən ölkənin büdcə gəlirlərinin formalaşmasında mühüm strukturlardan biridir.

Xəbər lenti

Xəbər lenti