...

Azərbaycanın turizm agentliyi Sloveniyanın kurortlarının təqdimatına dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Yanvar 2012 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar/Trend/

"Millennium Tourism&Congress DMC" (Azərbaycan) turizm agentliyi "VitaMia" turizm operatoru ilə birlikdə "Sloveniyanın müalicəvi və termal kurortları Terme KRNA" təqdimatına dəvət edir. Trend-in məlumatına görə, bu barədə cümə günü agentliyin məlumatında deyilir.

Təqdimatın keçirilmə tarixi 2012-ci il fevralın 1-nə təyin edilib. Keçirilmə yeri isə Bakı, K. Kazımzadə, 118 ünvanında yerləşən "Qafqaz Point 5*" hotelidir.

Təqdimatın başlama vaxtı 15:00-dadır, müddəti isə üç saatdır. Vizit kartlarının gətirilməsi mütləqdir.

Seminarda iştirak etmək üçün [email protected] e-mailinə və ya 012 497 54 00, 055 819 87 96 nömrələrinə zəng vurub qeydiyyata düşmək lazımdır.

Xəbər lenti

Xəbər lenti