...

Azərbaycanda 890 kq-a yaxın yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2012 17:29 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız məhsullar satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 890 kq-a yaxın yararsız ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Azərbaycan, Bakı, 23 fevral /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı yararsız məhsullar satışdan çıxarılaraq məhv edilib.

Trend-in cümə axşamı nazirliyin rəsmi saytına istinadən yaydığı məlumata görə, Bakının Nəsimi, Nərimanov, Xəzər rayonlarında, eləcə də Sumqayıt, Zaqatala, Lənkəran, Yevlax şəhərlərində, Tovuz, Tərtər, Bərdə, Qəbələ, Quba rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satılması, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilməməsi halları aşkar olunub.

Ümumilikdə, monitorinqlər zamanı 890 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti