...

Yaltada "MDB və Baltik ölkələrinin istiqraz konqresi" keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2012 18:27 (UTC +04:00)
31 may-1 iyun tarixlərində Yalta şəhərində "Cbonds-Congress" şirkətinin 9-cu illik "MDB və Baltik ölkələrinin istiqraz konqresi" keçiriləcək.
Yaltada "MDB və Baltik ölkələrinin istiqraz konqresi" keçiriləcək

Azərbaycan, Bakı, 13 aprel /Trend/

31 may-1 iyun tarixlərində Yalta şəhərində "Cbonds-Congress" şirkətinin 9-cu illik "MDB və Baltik ölkələrinin istiqraz konqresi" keçiriləcək.

Bakı Fond Birjasından Trend-ə verilən məlumata görə, MDB və Baltik ölkələrinin istiqraz konqresi regionun borc qiymətli kağızlar bazarına həsr edilmiş və hər il təşkil edilən ən böyük tədbirdir. Bu tədbir özünün maraqlı və aktual mövzularına və işgüzar, eləcə də qeyri-formal ünsiyyət üçün yaratdığı imkanlara görə böyük populyarlıq qazanıb.

Konqresin iki günlük proqramı çərçivəsində regionun iqtisadi perspektivləri, dövlət və korporativ istiqraz bazarları, investisiya ideyaları və strategiyaları, dövlət siyasəti və qiymətli kağızlar bazarının tənzimlənməsinə dair mövzular müzakirə ediləcək.

Konqresin iştirakçıları üçün geniş qeyri-formal proqram nəzərdə tutulub: iştirakçılar üçün dəniz gəzintisi, Massandra qəsəbəsində keçiriləcək möhtəşəm şam yeməyi, üzüm bağlarına ekskursiya və digər tədbirlər təşkil ediləcək.

Ötən il konqresə Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Azərbaycan, Gürcüstan, Latviya, Litva, Böyük Britaniya, Almaniya, İsveçrə və Avstriyadan olan 330-dan çox iştirakçı qatılıb.

Konqresdə iştirak etmək üçün rüsum 950 ABŞ dollarına bərabərdir.

MDB ölkələrindən olan iştirakçılar üçün (Rusiya və Ukrayna istisna olmaqla) 500 ABŞ dolları məbləğində güzəştli iştirak haqqı keçərlidir.

Tədbirdə iştirak üçün http://www.cbonds-congress.com/events/101/registration/ ünvanına daxil olaraq qeydiyyatdan keçmək mümkündür.

Tədbir barədə ətraflı məlumat almaq üçün http://www.cbonds-congress.com/events/101/ ünvanına müraciət etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti