...

"Bank of Baku" kredit borcunun ödənilməsi qaydasını sadələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2013 14:21 (UTC +04:00)
Bundan sonra "Bank of Baku" və "MilliÖN" milli ödəmə sistemi arasındakı əməkdaşlıq sayəsində bankın müştəriləri kredit ödənişlərini respublikanın bir çox şəhərlərində yerləşdirilmiş "MilliÖN"-ə aid 800-ə yaxın ödəniş terminallarında ödəyə biləcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın yaydığı məlumatda deyilir.
"Bank of Baku" kredit borcunun ödənilməsi qaydasını sadələşdirib

Azərbaycan, Bakı, 29 may /Trend/

Bundan sonra "Bank of Baku" və "MilliÖN" milli ödəmə sistemi arasındakı əməkdaşlıq sayəsində bankın müştəriləri kredit ödənişlərini respublikanın bir çox şəhərlərində yerləşdirilmiş "MilliÖN"-ə aid 800-ə yaxın ödəniş terminallarında ödəyə biləcəklər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü bankın yaydığı məlumatda deyilir.

Terminallar vasitəsilə kredit ödəməsi sürətlə həyata keçirilir və istifadə qaydaları kifayət qədər sadə və rahatdır. Terminalın monitorunda müştərinin rahatlığı üçün bütün yazılı və vizual təlimatlar və məlumatlar öz əksini tapıb.

Krediti ödəmək üçün öncə monitordakı "Bank xidmətləri" pəncərəsinin "Bank of Baku" bölməsini seçmək lazımdır. Daha sonra isə hesab nömrəsi, şəxsiyyət vəsiqəsinin kodu və valyuta növünü (AZN/USD) seçmək və sonda nağd vəsaiti aparata daxil etmək tələb olunur. Ödəmədən dərhal sonra qəbzi götürmək tövsiyə olunur.

Hazırda Azərbaycan ərazisində "MilliÖN" ödəmə sisteminə məxsus terminallar ən müxtəlif ictimai yerlərdə quraşdırılıb.

Ödəmə xidmətləri pulsuzdur.

"MilliÖN" terminalları həftənin bütün günləri, sutkada 24 saat ərzində işləyir. Bu sistem vasitəsilə həmçinin kommunal, internet, kabel televiziyasının ödənişi həyata keçirmək, telefona mobil balans yükləmək mümkündür.

Əlavə məlumat: "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi və "MilliÖN" sisteminin *0010 nömrəli "Qaynar xətti".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti