...

"FINCA Azerbaijan" kreditlərin onlayn rejimdə ödənilməsi xidmətini işə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2013 19:52 (UTC +04:00)
Kreditlər üzrə ödənişlərin müştərilər üçün daha da rahat həyata keçirilməsini təmin etmək məqsədilə "FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı "MilliÖn" ödəniş sisteminə qoşulub.
"FINCA Azerbaijan" kreditlərin onlayn rejimdə ödənilməsi xidmətini işə salıb

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Kreditlər üzrə ödənişlərin müştərilər üçün daha da rahat həyata keçirilməsini təmin etmək məqsədilə "FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı "MilliÖn" ödəniş sisteminə qoşulub. Bu barədə bazar ertəsi təşkilatdan Trend-ə daxil olan məlumatda bildirilir.

İndi "FINCA Azerbaijan"ın müştəriləri ölkənin bütün regionlarında quraşdırılmış 800 ödəmə terminalları vasitəsilə kreditlərini ödəyə biləcəklər.

Kreditlərin ödənilməsi üçün terminalın ekranında "Bank xidmətləri" bölməsini seçib, "FINCA Azerbaijan" düyməsinə basmaq, hesab nömrəsini daxil etmək, təsdiqləmək, əskinası daxil etmək və çeki almaq lazımdır. Müştərilər kreditlərini həm manat, həm də dollarla ödəyə bilərlər.

Kreditlərin ödənilməsi üçün komissiya tutulmur. Ödənişlər onlayn həyata keçirilir.

Daha ətraflı məlumat üçün: *2525 Məlumat Mərkəzi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti