...

Vergilər Nazirliyi tərəfdaşlıq sazişlərinin tətbiqi üzrə normativ-hüquqi baza üzərində işləri yekunlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 11:33 (UTC +04:00)
Vergilər Nazirliyi ölkədə tərəfdaşlıq sazişlərinin tətbiqi üzrə normativ-hüquqi bazanın hazırlığı üzərində işləri yekunlaşdırıb.

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Axundov/

Vergilər Nazirliyi ölkədə tərəfdaşlıq sazişlərinin tətbiqi üzrə normativ-hüquqi bazanın hazırlığı üzərində işləri yekunlaşdırıb.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən "Vergi tərəfdaşlığı" mövzusunda keçirilən konfransda Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev bildirib. Konfrans Azərbaycanın Vergilər Nazirliyi və Amerika Ticarət Palatası (AmCham) tərəfindən təşkil olunub.

Musayev bildirib ki, "tərəfdaşlıq sazişlərinin işi üçün hüquqi baza Vergi Məcəlləsinə son dəyişikliklərdə öz əksini tapıb. Bundan sonra biz normativ sənədlərin layihələrini hazırladıq. Bu paket hazırda müvafiq orqanlar tərəfindən müzakirə edilir və o yaxın vaxtlarda qəbul olunacaq".

Onun sözlərinə görə, bu yeniliyin əsas prinsipi könüllülük və qarşılıqlı etibardır: "Təbii ki, söhbət vergi yükünün azaldılmasından getmir. Bu vergi hesablamalarının dəqiqliyi, risklərin daha yaxşı idarə olunması və s. məqsədlərlə edilir".

Onun sözlərinə görə, belə tərəfdaşlıq sazişlərinin imzalanması zamanı sahibkarlıq subyektləri ayrı-ayrı risk qruplarına bölünəcək ki, bu da yekunda nümunəvi vergi ödəyicisi anlayışının formalaşmasına gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti