...

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına 950-yə yaxın texnika verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2013 19:36 (UTC +04:00)
Azərbaycanda bu ilin birinci yarısında kənd təsərrüfatı məhsulları istehsalçılarına 950-yə yaxın kənd təsərrüfatı texnikası verilib.
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına 950-yə yaxın texnika verilib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

Azərbaycanda bu ilin birinci yarısında kənd təsərrüfatı məhsulları istehsalçılarına 950-yə yaxın kənd təsərrüfatı texnikası verilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü il yanvar-iyun aylarında "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 19,8 milyon manat dəyərində 372 ədəd müxtəlif növ traktor, 268 ədəd kotan, 71 ədəd taxılyığan kombayn, 38 ədəd çiləyici və tozlayıcı maşınlar, 33 ədəd səpici aqreqat, 30 ədəd otbiçən, 24 ədəd gübrəsəpən maşın, 18 ədəd taxıl-toxum təmizləyənlər, 16 ədəd bağarası frez, 15 ədəd traktor yedəkləri (qoşqular), 11 ədəd ot dırmıqları və 49 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin "Kənd təsərrüfatı məhsulları istehsalçılarının kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqında" sərəncamına əsasən, taxılçılıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarının taxılyığan kombaynlara ehtiyacını ödəmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 15 milyon manat ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti