...

Vergilər Nazirliyi: Qlobal rəqabət qabiliyyəti reytinqində mövqeyinin yaxşılaşması Azərbaycanın investisiyalar üçün cəlbediciliyini artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2013 17:48 (UTC +04:00)
Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev hesab edir ki, Dünya İqtisadi Forumunun dünya iqtisadiyyatlarının rəqabət qabiliyyəti reytinqində Azərbaycanın mövqeyinin yaxşılaşması ölkəni uzunmüddətli investisiyalar üçün daha cəlbedici edəcək.
Vergilər Nazirliyi: Qlobal rəqabət qabiliyyəti reytinqində mövqeyinin yaxşılaşması Azərbaycanın investisiyalar üçün cəlbediciliyini artıracaq

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir A.Axundov/

Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev hesab edir ki, Dünya İqtisadi Forumunun dünya iqtisadiyyatlarının rəqabət qabiliyyəti reytinqində Azərbaycanın mövqeyinin yaxşılaşması ölkəni uzunmüddətli investisiyalar üçün daha cəlbedici edəcək.

Dünya İqtisadi Forumu tərəfindən hazırlanan 2013-2014-cü illərdə dünya iqtisadiyyatlarının rəqabət qabiliyyəti reytinqində Azərbaycan iqtisadiyyatı daha rəqabətə davamlı olan ölkələr sırasına daxil olub və 148 ölkə arasında 39-cu olub. Ötənilki hesabatla müqayisədə Azərbaycan öz mövqeyini yeddi pillə yaxşılaşdırıb.

A.Musayev Trend-ə açıqlamasında bildirib ki, davam edən qlobal iqtisadi böhranla əlaqədar inkişaf etmiş ölkələr də daxil olmaqla bir çox ölkələrin nəticələrinin pisləşməsi fonunda Azərbaycanın belə bir sıçrayışı xüsusi diqqətəlayiq haldır.

Onun fikrincə, bu, ölkədə maliyyə sabitliyinin saxlanmasını və biznes mühitinin yaxşılaşmasını əyani şəkildə nümayiş etdirir: "Bu, xüsusilə, uzunmüddətli sərmayələr daxil olmaqla investisiyaların cəlb olunması baxımından əhəmiyyətlidir. Adətən, investorlar yeni müstəqillik qazanan və keçid dövrünü yaşayan ölkələrə qısamüddətli sərmayələr yatırmağa imkan verirlər. Rəqabət qabiliyyəti reytinqində mövqeyin yaxşılaşması uzunmüddətli investisiyalar üçün imkanları əhəmiyyətli dərəcədə genişləndirəcək. 2003-cü ildə Azərbaycana yatırılan investisiyaların dördə birindən azı qeyri-neft sektoruna qoyulurdu. Bu gün isə vəziyyət tam əksinədir. Ənənəvi olaraq investisiya yatırımları üçün ən etibarlı sahə neft sektoru olduğu halda hazırda iqtisadiyyatın qeyri-neft sektoru sərmayə yatırımlarının 75 faizini cəlb edir. Bu, Azərbaycanın nəticələrinin beynəlxalq reytinqlərdə yaxşılaşması ilə bağlıdır".

Azərbaycan rəqabət qabiliyyəti indeksinə görə artıq beş ildir ki MDB ölkələri arasında liderdir. Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu, Ukrayna isə 84-cü yeri tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti