...

Aydın Əliyev: Azərbaycan-Rusiya sərhədində növbələr aradan qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 12:56 (UTC +04:00)
A.Əliyev bildirib ki, Rusiyadan vətəndaşların özlərinin gəlişi ilə bağlı problem yoxdur. Yüklərə gəldikdə, artıq sərhəddə gərginlik aradan qaldırılıb, növbələr yoxdur.
Aydın Əliyev: Azərbaycan-Rusiya sərhədində növbələr aradan qaldırılıb

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan-Rusiya sərhədində gərginlik artıq aradan qaldırılıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

A.Əliyev bildirib ki, Rusiyadan vətəndaşların özlərinin gəlişi ilə bağlı problem yoxdur. Yüklərə gəldikdə, artıq sərhəddə gərginlik aradan qaldırılıb, növbələr yoxdur.

Onun sözlərinə görə, bu məqsədlə iki ölkənin gömrük orqanlarının rəhbərləri sərhəddə görüşlər keçiriblər və mövcud problemləri müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti