...

Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 2 mindən çox texnika verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2014 16:18 (UTC +04:00)
Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 2075 ədəd kənd təsərrüfatı texnikası verilib.
Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 2 mindən çox texnika verilib

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 2075 ədəd kənd təsərrüfatı texnikası verilib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2013-cü il ərzində "Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 37,9 milyon manat dəyərində 765 ədəd müxtəlif növ traktor, 604 ədəd kotan, 239 ədəd səpici aqreqat, 95 ədəd taxılyığan kombayn, 50 ədəd çiləyici və tozlayıcı maşın, 41 ədəd otbiçən, 40 ədəd gübrəsəpən maşın, 33 ədəd taxıl-toxum təmizləyən, 22 ədəd mala, 21 ədəd bağarası frez, 17 ədəd ot dırmığı, 16 ədəd traktor yedəyi (qoşqular), 11 ədəd kombayna qoşulan biçici aqreqat və 121 ədəd digər kənd təsərrüfatı maşın və avadanlığı verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti