...

Musa Pənahov: Bakıda sərnişindaşımada təhlükəsizliyin təmini ilə bağlı vəziyyət xeyli yaxşılaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2014 15:32 (UTC +04:00)
Görülən ciddi tədbirlər nəticəsində Bakıda sərnişinlərin daşınmasında təhlükəsizliyin təmin olunması ilə bağlı vəziyyət xeyli yaxşılaşıb.
Musa Pənahov: Bakıda sərnişindaşımada təhlükəsizliyin təmini ilə bağlı vəziyyət xeyli yaxşılaşıb

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.İsmayılov/

Görülən ciddi tədbirlər nəticəsində Bakıda sərnişinlərin daşınmasında təhlükəsizliyin təmin olunması ilə bağlı vəziyyət xeyli yaxşılaşıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

Onun sözlərinə görə, sürücülərlə böyük iş aparılır, sərnişinlərin həyatlarını təhlükə altında qoymaqla yol hərəkəti qaydalarını pozanlara qarşı isə sərt tədbirlər görülür: "Тəkcə ötən il 130-dan artıq avtobus sürücüsü işdən qovulub".

M.Pənahov bildirib ki, bu sahədə fəal işlər görülür və statistikaya görə, bu il yol-nəqliyyat hadisələrinin sayı azalıb: "Amma bu göstərici hələlik bizi qane etmir. Biz belə faktları tam aradan qaldırmağa çalışacağıq, çünki təhlükəsizlik ən vacib məsələdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti