...

Azərbaycanda 150 minə yaxın kənd təsərrüfatı məhsulları istehsalçısına 20 milyon manatdan çox yardım ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2014 17:04 (UTC +04:00)
Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası buğda və çəltik əkininə görə 1 dekabr 2013-cü il tarixinə 58 rayon (şəhər) komissiyası üzrə daxil olmuş sənədlərə baxaraq 149 849 istehsalçıya çatacaq 20 153 483 manat məbləğində yardımın ayrılması barədə qərar qəbul edib. Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Azərbaycanda 150 minə yaxın kənd təsərrüfatı məhsulları istehsalçısına 20 milyon manatdan çox yardım ayrılıb

Azərbaycan, Bakı, 18 iyun /Trend/

Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası buğda və çəltik əkininə görə 1 dekabr 2013-cü il tarixinə 58 rayon (şəhər) komissiyası üzrə daxil olmuş sənədlərə baxaraq 149 849 istehsalçıya çatacaq 20 153 483 manat məbləğində yardımın ayrılması barədə qərar qəbul edib. Bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Respublikanın hər bir rayon və kəndləri üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrı-ayrılıqda hər bir istehsalçıya ayrılmış subsidiyanın məbləği barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytının (www.agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdirilib.

İctimai nəzarəti gücləndirmək, şəffaflığı və hesabatlılığı təmin etmək, eləcə də ayrılmış dövlət vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarından, qeyri-hökumət təşkilatlarından və digər maraqlı tərəflərdən dövlət yardımları ilə bağlı qarşılaşdıqları neqativ hallar barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin "qaynar xətt"inə (1652) bildirməklə, yaxud [email protected] elektron poçtuna ünvanlamaqla yardımçı olmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti