...

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə 40 manat yardım verilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2014 16:04 (UTC +04:00)
Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardımın verilməsi ilə bağlı qərar qəbul edib.
Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə 40 manat yardım verilir

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardımın verilməsi ilə bağlı qərar qəbul edib.

Kənd Təsərrrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, respublikanın hər bir rayon və kəndləri üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrı-ayrılıqda hər bir istehsalçıya ayrılmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi saytının (www.agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdirilib.

İctimai nəzarəti gücləndirmək, şəffaflığı və hesabatlılığı təmin etmək, eləcə də ayrılmış dövlət vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarından, qeyri-hökumət təşkilatlarından və digər maraqlı tərəflərdən dövlət yardımları ilə bağlı qarşılaşdıqları neqativ hallar barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə (1652) bildirməklə, yaxud [email protected] elektron poçtuna ünvanlamaqla Komissiyaya yardımçı olmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti