...

Həyat sığortası şirkətinin aktivlərinin həcmi 80 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2015 13:48 (UTC +04:00)
Azərbaycanın həyat sığortası bazarının lideri olan “PAŞA Həyat Sığorta” şirkəti 2014-cü il ərzində əsas maliyyə göstəriciləri üzrə yüksək artıma nail olub. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.
Həyat sığortası şirkətinin aktivlərinin həcmi 80 faizdən çox artıb

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Azərbaycanın həyat sığortası bazarının lideri olan "PAŞA Həyat Sığorta" şirkəti 2014-cü il ərzində əsas maliyyə göstəriciləri üzrə yüksək artıma nail olub. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Şirkətin Strateji inkişaf üzrə direktoru İsrail Qarayevin sözlərinə görə, ötən il ərzində şirkətin ümumi aktivlərinin həcmi 43,1 mln. manat və ya 83,2% artaraq 94,8 mln. manata, investisiya portfeli isə 40,1 mln. manat və ya 99,3% artaraq 80,5 mln. manata çatıb.

Bununla yanaşı, qeyd olunan dövrdə şirkətin sığorta ehtiyatlarının həcmi 29,3 mln. manat və ya 2,7 dəfə artaraq 46,1 mln. manat, sığorta haqqları 6,9 mln. manat və ya 19,7% artaraq 41,9 mln.manat, sığorta ödənişlərinin həcmi isə 1,8 mln. manat və ya 2,7 dəfə artaraq 2,9 mln. manat təşkil edib.

İ.Qarayev bildirib ki, 2014-cü il ərzində şirkətin nizamnamə kapitalında da ciddi artım nümayiş olunub. Belə ki, kapitalın həcmi ötən ildə 15,050 mln. manat və ya 59,7% artaraq 40,250 mln. manata çatdırlıb.

"PAŞA Holding" şirkətlər qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti