...

Gəncə istehsalı olan 50 ədəd "Belarus" traktorunun təqdimatı olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2015 17:19 (UTC +04:00)
Bu gün “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında Gəncə istehsalı olan 50 ədəd “Belarus” tipli traktorun təqdimat mərasimi keçirilib.
Gəncə istehsalı olan 50 ədəd "Belarus" traktorunun təqdimatı olub (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Bu gün "Aqrolizinq" ASC-nin Gəncə rayonlararası təchizat bazasında Gəncə istehsalı olan 50 ədəd "Belarus" tipli traktorun təqdimat mərasimi keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə respublikanın bütün regionlarından olan fermerler, sahibkarlar, alimlər, mütəxəssislər və nazirliyin müfaviq qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçılarını səmimi salamlayan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov öncə kənd təsərrüfatı məhsulu istehsalçılarını 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunması münasibəti ilə təbrik etmiş, Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışmış, xüsusilə ölkə başçısı tərəfindən fermerlərə ayrılmış vəsaitlər hesabına ən müasir Avropa istehsalı olan kənd təsərrüfatı texnikalarının ölkəmizə gətirilərək sahibkarlara verilməsi, texnikaların ilkin dəyərinin 40 faizinin, gübrələrin 70 faizinin dövlət tərəfindən ödənilməsi, subsidiyaların 25% artırılması, təkrar əkinə görə subsidiyaların verilməsi, subsidiyaların verilmə mexanizminin təkmilləşdirilməsi barədə geniş məlumat vermişdir.

Yeni traktorlar və kənd təsərrüfatı texnikaları növbədənkənar olaraq Milli Qəhrəman atası Əliağa İsmayılov, Qarabağ müharibəsi veteranı Zülfüqar Əliyev və şəhid anası Minayə Mikayılova xanıma təqdim olundu. Nazir müavini bildirmişdir ki, bu gün texnikaların alınmasında müraciətlər artıq onlayn rejimində bir pəncərə prinsipi əsasında həyata keçirilir.

Tədbirdə, həmçinin texnikaların verilməsində yeni üsul - Avtomatlaşdırılmış Elektron İdarəetmə sisteminin işlək mexanizmi ilə tanış olundu və müvafiq məsləhət və tövsiyələr verildi. S.Talıbov güzəştlərin tətbiq olunmasının son nəticədə fermerlərin maddi vəziyyətinin yaxşılaşdırılmasına, əhalinin daxili istehsal hesabına ərzaqla təmin olunmasına öz töhfəsini verəcəyini xüsusilə vurğuladı.

Çıxış edən Milli Qəhrəman atası Ə.İsmayılov, Qarabağ müharibəsi veteranı Z.Əliyev onlara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər. May ayında kənd təsərrüfatı istehsalçılarına davamlı olaraq əlavə 100 ədəd traktor və kənd təsərrüfatı texnikalarının verilməsi nəzərdə tutulur.

Tədbir çərçivəsində "Aqrolizinq" xətti ilə Avstriyadan gətirilmiş "Simmental" cinsli mal-qaranın saxlama şəraiti ilə də tanış olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti