...

“Azər-Türk” Bank Açıq Səhmdar Cəmiyətinin İdarə Heyətinə yeni sədr təyin olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2015 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Avqustun 31-də "Azər-Türk" Bank ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmişdir.

Trend-in məlumatına görə, yığıncaqda "Azər-Türk" Bank ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olunmuşdur. Belə ki, bu vəzifəyə 02 sentyabr 2014-ci il tarixdən "Azər-Türk" Bank ASC-də İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyən Fərhad Adıgözəlov təyin olunmuşdur.

Məlumat üçün bildirilir ki, Fərhad Adıgözəlov 22 iyul 2015-ci tarixdən Azər Türk Bank ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edir.

Bundan başqa, Bankın yerli struktur bölmələri üzrə də, yeni kadr təyinatları olmuşdur. Belə ki, Bankın yeni açılmış "Yasamal" filialına müdir vəzifəsinə Gözəlov Adil Firuddin oğlu təyin olunmuş, "Gəncə" fililialının müdiri vəzifəsinə Hüseynov Anar ismayıl oğlu təsdiqlənmiş və "Mərkəz" filialının müdiri vəzifəsinin icrası isə müvəqqəti olaraq müdir müavini Babayev Turab Ələmşah oğluna həvalə edilmişdir.

1995-ci ildən fəaliyyət göstərən "Azər-Türk Bank" ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur və dövlətə məxsus səhmlərin saxlayıcısı Əmlak Məsələləri Dövlət Komitəsidir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 07 avqust 2009-cu il tarixli 144 nömrəli fərmanına uyğun olaraq, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların idarə edilməsində dövlətin adından Maliyyə Nazirliyi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti