...

"İSO 9001/2015: "Keyfiyyətin İdarə Edilməsi"nə dair təlim kursu başa çatdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2016 15:44 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İSO 9001/2015: “Keyfiyyətin İdarə Edilməsi” mövzusunda təlim kursu başa çatıb.
"İSO 9001/2015: "Keyfiyyətin İdarə Edilməsi"nə dair təlim kursu başa çatdı

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən "İSO 9001/2015: "Keyfiyyətin İdarə Edilməsi" mövzusunda təlim kursu başa çatıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması" layihəsi çərçivəsində aprelin 27-dən etibarən keçirilən təlimdə sənayenin qida, mebel, yüngül və tikinti sahələrində fəaliyyət göstərən yerli müəssisələrin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları məhsulun keyfiyyəti, rəqabətqabiliyyətliliyin yüksəldilməsində keyfiyyətin rolu, Keyfiyyət İdarəetmə Sistemi, keyfiyyət standartları və onların tətbiqi və s. barədə məlumatlandırılıb, mövzu ilə bağlı sualları cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.

Qeyd edək ki, "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, keçirilən "Sənaye sahəsində brendlərin yaradılması üzrə biliklərin artırılması" layihəsinin məqsədi sənaye müəssisələrinin keyfiyyətin idarə edilməsi sahəsində məlumatlılıq səviyyəsinin artırılması və keyfiyyət standartlarının təşviq edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti