...

Dövlət satınalmalarına dair təlim kursları davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2016 19:51 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təşkil olunan təlim kursları davam edir.
Dövlət satınalmalarına dair təlim kursları davam edir

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının dövlət satınalmalarına cəlb olunan mütəxəssisləri üçün təşkil olunan təlim kursları davam edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə “Dövlət satınalmaları: metodlar və onların tətbiqi şərtləri” mövzusunda növbəti təlim 16-17 iyun tarixlərində keçirilib. Təlimdə 30-a yaxın mərkəzi icra hakimiyyəti orqanının nümayəndəsi iştirak edib.

Təlim kurslarının təşkil olunmasında məqsəd dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsinin və nəzəri biliklərinin artırılmasıdır.

Təlim kursunda Dövlət Xidmətinin əməkdaşları tərəfindən iştirakçılara dövlət vəsaitlərindən daha səmərəli istifadə edilməsi, dövlət satınalmaları sahəsində mövcud qanunvericilik, satınalma prosesində rəqabət, ədalət və şəffaflığın təmini, satınalma prosedurlarına əməl olunması və səmərəliliyin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, təlim iştirakçılarının sualları cavablandırılıb.

Dövlət satınalmalarına cəlb olunan mütəxəssislərin ixtisas səviyyələrinin və nəzəri biliklərinin artırılması məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri üçün təlimlər davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti