Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan və İran kənd təsərrüfatı texnikasının istehsalı üzrə birgə müəssisə yaradılmasını müzakirə edirlər.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir qeyd edib ki, hər iki ölkə kənd təsərrüfatı sahəsində əməkdaşlıqda maraqlıdır:
"Biz, həmçinin müxtəlif birgə müəssisələrin yaradılması və toxum istehsalı, arıçılıq, heyvandarlıq və digər sahələrdə əməkdaşlıq üzrə danışıqlar aparırıq".