...

Türkmənistanda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu layihəsi müzakirə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2018 14:31 (UTC +04:00)
Türkmənistanın Xəzəryanı “Avaza” kurortunda “Lapis Lazuli” nəqliyyat dəhlizinin üzv ölkələrinin nəqliyyat nazirlərinin konfransı işə başlayıb
Türkmənistanda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu layihəsi müzakirə olunur

Bakı. Hüseyn Həsənov - Trend:

Türkmənistanın Xəzəryanı “Avaza” kurortunda “Lapis Lazuli” nəqliyyat dəhlizinin üzv ölkələrinin nəqliyyat nazirlərinin konfransı işə başlayıb.

Trend-in məlumatına görə, tədbirdə həmçinin beynəlxalq təşkilat və iri xarici şirkətlərin nümayəndələri iştirak edir.

Konfrans çərçivəsində dünya arenasında nəqliyyat-tranzit dəhlizlərinin rolunun müzakirəsi üçün ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Lapis Lazuli” dəhlizi Əfqanıstanın Herat əyalətindəki Turqundi şəhərini Aşqabadla birləşdirəcək. Bu dəhliz daha sonra Türkmənbaşıya, oradan Bakı, Tbilisi və Ankarayadək uzanacaq. Gürcüstanda isə bu dəhlizin daha bir qolu Poti və Batumidən İstanbuladək uzanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti