...

Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2021 20:20 (UTC +04:00)
Rusiya şirkəti Azərbaycana kənd təsərrüfatı texnikası tədarük edəcək

Trend-i buradan izləyin

Bakı. Fidan Babayeva - Trend:

Rusiyanın "Rostselmaş" şirkəti 2021-ci ildə Azərbaycana 80-dən çox qoşqu və asma texnikası tədarük edəcək. Bu məhsulun 60 faizi artıq yola salınıb.

Trend bu barədə "Rosspetsmaş" assosiasiyasının məlumatına istinadən bildirir.

Assosiasiyanın məlumatında qeyd olunur ki, Azərbaycanda şirkətin kombaynlarına və TUKAN çeşidləyici maşınlarına tələbat var:

"2020-ci ildə şirkət Azərbaycana taxıl emalı və yemhazırlama maşınları tədarük edib. Azərbaycanlı tərəfdaşlarımız bu texnika ilə yanaşı, "SH Rostselmaş" səpin komplekslərinə də maraq göstərib".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti