...

Elektron satınalmalara tam keçid planlaşdırılır - Antiinhisar xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Mart 2022 12:56 (UTC +04:00)
Elektron satınalmalara tam keçid planlaşdırılır - Antiinhisar xidməti

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda tamamilə elektron satınalmalara keçid planlaşdırılır.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəhbəri Məmməd Abbasbəyli 2021-ci ilin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, bu il "etender.gov.az" portalını modernləşdirmək və bu resursda yerləşdirilən tenderlərin sayının artırılması üzrə işlər aparmaq nəzərdə tutulur.

"Həmçinin dövlət satınalmaları barədə yeni qanun layihəsi təqdim olunacaq. Bu, yüz faiz elektron satınalmalara keçidi nəzərdə tutur", - deyə o bildirib.

Xidmət rəhbəri bildirib ki, 2020-ci ildə dövlət portalında qeydə alınan tender elanlarının sayı 7 776, 2021-ci ildə isə 8 638 olub.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti