...

“Azersky” peykinin köməyi ilə kənd təsərrüfatı xəritələri hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2022 13:39 (UTC +04:00)
“Azersky” peykinin köməyi ilə kənd təsərrüfatı xəritələri hazırlanıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Azersky” peyk xidmətlərinin köməyi ilə ölkədə, xüsusilə aqrar sahədə əkinlərin xəritəsi hazırlanıb, zeytun və fındıq bağları salınıb, iri arıçılıq təsərrüfatlarının yaradılması üçün əlverişli torpaqlar seçilib, pambıq sahələrinin suvarılmasına nəzarət edilib.

Trend -in məlumatına görə, bunu "Azərkosmos" ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafı üzrə Dövlət Proqramının icrasının yekunlarına həsr olunmuş konfransda deyib.

Onun sözlərinə görə, əkin sahələrinin qiymətləndirilməsi istiqamətində də böyük layihələr həyata keçirilib:

"İşğaldan azad edilmiş ərazilərdə peyk görüntülərindən istifadə etməklə balıqçılıq təsərrüfatlarının yaradılması, istixana komplekslərinin quraşdırılması, aqroparkların yaradılması üçün əlverişli ərazilərin müəyyənləşdirilməsi istiqamətində işlər aparılıb".

S.Əsədov qeyd edib ki, ümumilikdə proqramın icrası üçün doqquz istiqamət üzrə 99 tədbir nəzərdə tutulub ki, bunun üçün 32 dövlət müəssisəsi məsuliyyət daşıyır.

"Onlar prosesdə fəal iştirak ediblər. Xüsusilə, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən böyük nəticələri əldə edib", - o əlavə edib.

Qeyd edək ki, 2019-2022-ci illəri əhatə edən dövlət proqramının yekunlarına əsasən, yerli dövlət qurumları və təhsil müəssisələri ilə birlikdə “Azərkosmos”un peyk görüntülərindən istifadə etməklə 400-dən çox layihə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti