Vergilər nazirliyinin vergi daxilolmalarının ilkin istintaqı Departamenti vergiləri ödəməməkdə təqsirləndirildiyi üçün istintaqdan gizlənən bəzi şəxslərin olduğu yeri müəyyən edib və onların saxlanılması üçün əməliyat-axtarış tədbirlərini gücləndirib. Nazirlikdə Trend ə bildirilib ki, bu şəxslər barəsində ilin əvvəlindən sentyabrın 20-dək axtarış elan edilib.Bununla 42 nəfər tapılıb və istintaqa verilib.
Saxlanınanlar arasında aşağıdakı şəxslərin adları vardır: dövlət büdcəsinə 11, 4 mlrd.manat məbləğində vergi ödəməkdən yayınmış Tofiq Kazımov, Ceyhun Müseyibov - 6 mlrd. manat, Hikmət Tağıyev - 1,9 mlrd. manat, Cahangir Abbasov - 1,4 mlrd. manat, Nazim Qasımov - 1,3 mlrd. manat, Rüstəm Manafov 1,1 mlrd. manat, Ruslan Əliyev 998 mln. manat məbləğində vergi ödəməkdən yayınmışdır.
Bununla vergilər nazirliyində qeyd olunub ki, axtarılan şəxslərdən altı nəfər könüllü olaraq Departamentə gəlib. Bu, həmin şəxslərin yaxınları və qohumları ilə keçirilən izahat işindən sonra mümkün olub.Vergilər Nazirliyinin vergi daxilolmalarının ilkin istintaqı Departamenti qanuna müvafiq olaraq istintaqdan gizlənən şəxslərin axtarışı üzrə tədbirləri davam etdirir.