...

Dünya Bankı qənaət edilmiş IBTA-2 üzrə kredit vəsaitini qaytara bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2005 16:26 (UTC +04:00)

2005-ci ilin sonuna kimi Dünya Bankının (DB) ikinci "Azərbaycanın institusional quruculuğuna texniki yardım " (IBTA-2) layüihəsi çərçivəsindəqənaət edilmiş vəsaitlərin istifadəsi məsələsini tamamilə həll edə bilər. Layihəni reallaşdıran qrupdan Trend ə verilən məlumata görə, hazırda DB-nın baş iqtisadçısı və IBTA-2 layihəsinin meneceri Kristos Kostopulosun başçılıq etdiyi DB-nın missiyası, eləcə də ölkə üzrə regional direktor Donn Douset-Koyrollo bü məsələ ilə bağlı danışıqlar aparırlar.

Bankın və Azərbaycan hökumətinin hesablamalarına görə, layihədə kreditdən $9'450 mln vəsaitdən $4'5 mln-a qənaət olunub. Bank ondan hələlik yalnız $180 mindən mühasibat uçotu və audit sahəsində qanunvericiliyin təkmilləşdirilməsi vasiləsilə institutisional potensialın güclənməsi komponentinə sərf etməyə razılıq verib. Bu kompolnentin icraçısı Maliyyə Nazirliyi olacaq.

Digər qənaət olunmuş vəsaitləri isə bank qaytarmağı təklif edir. Lakin hökumət DB-nın resursları olan güzəştli kreditdən imtina etmək niyyətində deyil və bir sıra komponentlərin bu layihəyə daxil edilməsini təklif edir. Hazırda dövlətə məxsus neft şirkətlərinin yeni vergi rejiminin işlənməsi, büdcə vəsaitlərindən səmərəli istifadə olunması və nəzarətin güclənməsi, edəcə də büdcə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər nəzərdən keçirilir. Həmçinin, vəsaitin bir hissəsinin elektron hökumətin yaradılmasına yönəldilməsi də təklif edilir. Vəsaitin digər hissəsinin Ekologiya və Təbii ehtiyatlar Nazirliyi üçün Abşeron yarımadasının neftdən çirklənmiş ərazilərinin təmizlənməsinə yönəldilməsi də təklif edilir. Onlar hökumət tərəfindən seçilib, lakin bank hələlik maliyyələşdirməyə icazə verməyib. Layihənin reallaşdırılması qrupunda təkliflər siyahısının yeniləşdiriləcəyinin mümkünlüyü istisna edilir. Bankın seçimindən asılı olaraq yerdə qalan vəsait banka qaytarılacaq.

2002-ci ildə IBTA-2 7'470 mln SDR dollara nisbətdə $9'450 mln təşkil edirdi. İndi isə $11 mln təşkil edir.

Xəbər lenti

Xəbər lenti